“Ucarda bir dənə də stadion yoxdur” - Deputat

OXUNUB: 2160 Özəl İDMAN SOSİAL
"Ucar rayonunda bir dənə də stadion yoxdur”.

Bu fikirləri deputat Ramil Həsən parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

O qeyd edib ki, 98 min əhalisinin əksəriyyəti gənclər olan rayonda bir dənə olsun stadion yoxdur: "Nəzərə alsaq ki, Ucar Aran rayonudur və burada işsizlik məsələsi də problemdir. Gəncləri sağlamlığa zərərli başqa işlərdən yayındırmaq üçün orada stadion tikilməlidir”.

RƏYLƏR