Şahzadə 3 həftədir reanimasiyadadır

OXUNUB: 163 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Tayland kralı Maha Vajiralonqkornun və vəliəhd şahzadənin böyük qızı, 44 yaşlı Bajrakitiyabha Narendira Debyavati dekabrın 14-də Nakhon Ratçasima əyalətində iti ilə qaçış zamanı ürəyindən əziyyət çəkib və xəstəxanaya yerləşdirilib. O vaxtdan bəri paytaxt Banqkokda müalicə alan şahzadənin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib. Tayland Kral ailəsindən verilən yazılı açıqlamada ani ürək xəstəliyindən sonra ürəyində mikoplazma infeksiyası diaqnozu qoyulan şahzadə Bajrakitiyabhanın Banqkok Chulalonglorn Memorial Xəstəxanasında müalicəsinin davam etdiyi bildirilib. Açıqlamada o da bildirilib ki, antibiotiklərlə müalicə olunduğu bildirilən şahzadənin ürək, qaraciyər və böyrək funksiyaları aparatlardan asılı olaraq saxlanılıb.

7NEWS.az

RƏYLƏR