Şahzadə Harrinin mübahisəli kitabı "Spare" satışa çıxarılıb

OXUNUB: 156 Özəl DÜNYA
Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Susseks hersoqu Şahzadə Harrinin mübahisəli kitabı "Spare" rəflərdə yerini aldı. 

7NEWS.az xəbər verir ki, Şahzadə Harrinin kitabı satışa çıxdıqdan sonra tələbatı ödəmək üçün paytaxt Londonda bəzi kitab mağazaları gecə yarısı açılıb. Kitabı ilk alanlardan olmaq istəyənlər paytaxt Londonun Viktoriya stansiyasındakı kitab mağazasında növbəyə düzülüb. 

Böyük Britaniyanın "Waterstones” kitab mağazası şəbəkəsi Şahzadə Harrinin kitabının "10 il ərzində ən çox sifariş edilən kitablardan biri” olduğunu bildirib. 

İngilis dilindən başqa 15 dildə nəşr olunan kitaba bütün dünyada böyük tələbat olduğu məlumdur. 

7NEWS.az

RƏYLƏR