Şəmkirdə Şahmat müsabiqələrinin təşkil olunması layihəsi yekunlaşmışdı

OXUNUB: 540 SOSİAL

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən 2018-ci iI 1-ci Qrant müsabiqəsinin nəticələrinə əsasən "Azərbaycan Universitetinin İntellektual Klubu” İctimai Birliyi "Şəmkirdə şahmat müsabiqələrinin təşkili” layihəsi ilə qalib olmuşdur. Layihə çərçivəsində Şəmkir rayonunda gənclər və yeniyetmələr arasında iyul ayının 19, 20, 21- i Şəmkir rayonunda fəaliyyət göstərən "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində şahmat turniri həyata keçirilmişdir. Turnirdə ümumilikdə 45-ə yaxın şahmatçı qüvvəsini sınamışdır. Olimpiya sistemi ilə keçirilən birinci turda məğlub olan şahmatçı turniri tərk etmişdir. İkinci tur da olimpiya sistemi üzrə həyata keçirilmişdir. Sonda ən güclü 10 şahmatçı müəyyən olunmuşdur. Yarışın üçüncü günündə ən güclü 10 şahmatçı arasında dairəvi sistem ilə keçirilən yarışda Şəmkir Şahmat Məktəbinin yetirməsi olan Abbasov Aydın hərkəsi qabaqlayaraq qalib gəlmişdir. 24 iyul 2018-ci il tarixlərində isə Şəmkir rayonunda şahmatın inkişafı, yeniyetmələrin və gənclərin şahmata olan maraqlarının artırılması məqsədilə Konfrans həyata keçirilmişdir. Konfrans Mərhum Azərbaycanlı Beynəlxalq Qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmişdir. Diqqətinizə çatdırmaq istərdik ki, 24 iyul Vüqar Həşimovun doğum günüdür. Konfransın sonunda keçirilmiş turnirin qalibləri mükafatlandırılmışdır.

 

 

İcmal.Az

RƏYLƏR