Seneqalda avtobusun toqquşması nəticəsində ölənlərin sayı 41-ə çatıb

OXUNUB: 174 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, hökumətdən verilən yazılı açıqlamada, paytaxt Dakarın 250 kilometrliyindəki Kaffrine şəhəri yaxınlığında bazar günü iki avtobusun toqquşması nəticəsində həyatını itirənlərin sayının 41-ə çatdığı bildirilib. Açıqlamada 99 yaralının müalicəsinin davam etdiyi bildirilib. Qəzadan sonra ölənlərin sayının 38 olduğu açıqlanıb. Qəza xəbərindən sonra yanvarın 10-dan ölkədə 3 günlük milli matəm elan edilib. İctimaiyyətdə yol təhlükəsizliyi ilə bağlı ciddi müzakirələrə səbəb olan qəzadan sonra hökumət bir sıra yeni tətbiqlər həyata keçirib.

7NEWS.az

RƏYLƏR