Serbiya hava məkanında aşkar etdiyi təyyarəni vuraraq zərərsizləşdirdi

OXUNUB: 322 Özəl DÜNYA
Serbiya hava məkanında aşkar etdiyi ticarət pilotsuz uçan aparatını vuraraq zərərsizləşdirib.

7NEWS.az xəbər verir ki, Serbiyanın müdafiə naziri Miloş Vuçeviç öz "Twitter” hesabında bildirib ki, ölkə ərazisində hərbi kazarmalar yaxınlığında aşkarlanan təyyarənin "vuruşdurulması” üçün prezident Aleksandr Vuçiçin göstərişi ilə tədbir görülüb.
Açıqlamada Kosovo ilə sərhəddə yerləşən Raska şəhəri yaxınlığında müəyyən edilən bir təyyarənin məhv edildiyi bildirilib. "Bu, zarafat etmədiyimizi, heç kimi təhdid etmədiyimizi, müharibə oyunları oynamadığımızı, lakin Serbiyanı qorumaq əzmimizdən xəbər verir", - Vuçeviç bildirib.

7NEWS.az

RƏYLƏR