Serbiya Prezidenti: “Tiranada apardığımız danışıqlardan çox məmnunam”

OXUNUB: 157 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Aİ-Qərbi Balkanlar Sammiti çərçivəsində Albaniyanın paytaxtı Tiranada keçirilən "açıq və dürüst” danışıqlardan məmnun olduğunu bildirib.

Serbiya Prezidenti Aleksandr Vuçiç Tiranada keçirilən Aİ-Qərbi Balkanlar Sammitindən sonra jurnalistlərə açıqlama verib.

Zirvəyə qatılmaqdan məmnunluğunu ifadə edən Vuçiç, "Qərbi Balkanlar və Aİ arasında münasibətlərə dair bu gün Tiranada apardığımız "açıq və dürüst" danışıqlardan çox məmnunam. Serbiyaya 165 milyon avroluq dəstəkdən danışdıq" deyə bildirdi.

Belqrad-Priştina münasibətlərini şərh edən Vuçiç ölkəsinin Priştina ilə danışıqları davam etdirmək üçün səy göstərəcəyini vurğulayıb.

7NEWS.az

RƏYLƏR