Səttar Möhbalıyevin “sağmal inəyi” – “Putyovka” alverilə milyonçuya çevrildi…

OXUNUB: 520 Özəl GÜNDƏM HADİSƏ

üzvlük haqqı ödəyiblər. Lakin belə bir ağır və məsuliyyətli dövrdə AHİK və onun rəhbərliyi bu şəxslərə olan borcunu ödəməyi ağlının ucundan belə keçirmir. Sanki, ya bu təşkilatın Azərbaycana heç bir aidiyyatı yoxdur, ya da Azərbaycanda ümumiyyətlə, bu adda qurum mövcud deyil. Hansı ki, hansısa vətəndaşı işə qəbul edilən andan etibarən özündən soruşmamış, dərhal AHİK-ə üzv edir və maaşının 2 faizinin bu qurumun hesabına üzvlük adı altında keçirilməsini təmin edirlər.

Bununla yanaşı, cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan onlarla sanatoriyalar AHİK sədrinin şəxsi biznes obyekti kimi idarə olunur. Uzun illərdir ki, "Abşeron”, "Günəşli”, "Bilgəh”, "Naftalan”, "Qaranquş” kimi sanatoriyalara "putyovka” tapmaq müşküldən də müşkül məsələdir.

Hamı bilir ki, bu sanatoriyalara "putyovka” adi AHİK üzvlərinin böyük əksəriyyəti üçün əlçatmazdır, əvəzində təşkilata heç bir aidiyyatı olmayanlar onları 400-500 manata əldə edə bilirlər. Bu pulların da nəticə etibarilə kimin cibinə axdığı heç kimə sirr deyil.

Ümumiyyətlə, həmkarlar şəbəkəsində ən çox korrupsiyalaşmış istiqamətlərdən biri "putyovkalar”la bağlıdır. Və il ərzində məlum yollarla toplanan külli miqdarda vəsaitin böyük bir hissəsi məhz bu istiqamət üzrə silinir. Bundan başqa, araşdıran olsa, bu qurumun tabeliyindəki ərazilərin, tikililərin və s. qanunsuz şəkildə icarəyə verilməsi, satılması barədə çoxsaylı faktlar üzə çıxa bilər.

Demək istədiyimiz odur ki, S.Möhbalıyevin "sağmal inək” kimi baxdığı bu təşkilat heç bir zəhmət çəkmədən milyonlarla vəsaitə yiyələndiyi halda, heç olmasa müharibə günlərində və ondan sonrakı dövrdə belə hansısa bir sosial, humanist təşəbbüslə çıxış etmədi, kimsəyə yardım göstərmədi. Əgər belə bir şey olsaydı, bunu mütləq "reklam edərdilər”. Ancaq mətbuatda, həmçinin sosial şəbəkələrdə AHİK-in nə bir şəhid ailəsi, nə də bir qaziyə dəstək verməsinə dair heç bir məlumata rast gəlinmir.

Məlumat üçün bildirək ki, AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və 1 milyon 600 minə yaxın üzvü əhatə edir. Bu, olduqca böyük bir təşkilatdır və belə bir quruma rəhbərlik edən şəxs Vətənə, onun şəhidinə, qazisinə hörmət etməyə, onun qayğısını çəkməyə həm mənəvi, həm də hüquqi baxımdan borcludur!

Bunu dərk etməyən, yaxud yekəxanalıqdan belə məsələlərə məhəl qoymayanlar isə tutduqları vəzifələrə layiq deyillər və belələrinin aqibəti gec-tez DTX-nın "baş çəkdiyi” məmurların aqibətindən fərqlənməməlidir.
"AzPolitika.info”

RƏYLƏR