Səudiyyə Ərəbistanı nüvə yanacağı istehsal edəcəyini açıqladı

OXUNUB: 187 Özəl DÜNYA
Səudiyyə Ərəbistanı ixrac və daxili istifadə üçün sarı tort, aşağı zənginləşdirilmiş uran və nüvə yanacağı istehsal edəcəyini açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz ibn Salman paytaxt Ər-Riyadda mədənçiliklə bağlı keçirilən konfransda çıxış edib. Son kəşflər nəticəsində ölkədə müxtəlif uran portfellərinin aşkar edildiyini qeyd edən Səudiyyə naziri ölkə daxilində Cəbəl Səid və Mədinə də daxil olmaqla müxtəlif uranla zəngin geoloji ərazilərin olduğuna diqqət çəkib. 

Ölkəsinin yerli bazarda istifadə və ixrac üçün nüvə yanacağı istehsal etməyə çalışdığını deyən ibn Salman, bu istifadəyə sarı tort, az zənginləşdirilmiş uran və nüvə yanacağı istehsalının daxil olduğunu bildirib. 

7NEWS.az

RƏYLƏR