Səudiyyə Ərəbistanı qadınların da iştirak edəcəyi kosmos proqramına başlayır

OXUNUB: 342 Özəl DÜNYA
Səudiyyə Ərəbistanı Kosmik Agentliyi 2023-cü ildə ilk səyahətini həyata keçirməyi planlaşdıran kosmos proqramını işə salır. Proqram çərçivəsində 2023-cü ildə kosmosa göndərilməsi planlaşdırılan komandada qadın astronavtın olacağı bildirilib.

7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Kosmik Agentliyi uzun və qısa məsafəli kosmos səyahətləri üçün təcrübəli milli kadrlar yetişdirmək məqsədi daşıyan astronavtlar proqramını işə salıb. Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da yer alan xəbərdə, proqramın Səudiyyə Ərəbistanının 2030-cu il vizyon hədəfləri çərçivəsində təşkil edildiyi bildirilib.


RƏYLƏR