Səudiyyə Ərəbistanına məxsus F-15 qırıcısı qəzaya uğrayıb

OXUNUB: 314 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA mövzu ilə bağlı Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Malikinin açıqlamasını yayıb. Maliki, dünən axşam saatlarında Hərbi Hava Qüvvələrinə aid F-15 qırıcı təyyarəsinin ölkənin şərqindəki Kral Əbdüləziz Hava Bazasındakı təlim bölgəsində qəzaya uğradığını, təyyarənin pilotu və köməkçi pilotunun atma oturacağından istifadə etdiyini və qəza nəticəsində ölən və ya yaralananın olmadığı bildirilib. Maliki qəzanın səbəblərini araşdırmaq üçün istintaq qrupunun təyin edildiyini qeyd edib.

7NEWS.az

RƏYLƏR