Sevindik Hətəmovun sirli şirkəti – Salyanda tenderləri udan “A+H Təmir Tikinti” kimindir?

OXUNUB: 162 İQTİSADİYYAT TƏHLİL
Sevindik Hətəmovun sirli şirkəti – Salyanda tenderləri udan "A+H Təmir Tikinti” kimindir?

Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhəri üzrə Nümayəndiliyi "A+H Təmir Tikinti” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilədə Salyan şəhərnin küçələrinin işıqlandırılması işləri üzrə materialların alınması nəzərdə tutulur. Buna görə qurum şirkətə 45 024.08 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "A+H Təmir Tikinti” MMC 28 oktyabr 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, Rəsulzadə küçəsi, ev 27V/1T-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Abasov Vüqar Mehman oğludur.
"A+H Təmir Tikinti” MMC 11 ildir fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin əlaqə telefonları və saytına da rast gəlinmir.
Dövlət satınalmalarının vahid internet portalına nəzər saldıqda məlum olur ki, şirkət əsasən Salyan Rayon İcra Hakimiyyəti və sözügedən rayondakı qurumların tenderlərinin qalibi olur.
Şirkətin qalibi olduğu tenderlərin şərtlərinə diqqət etdikdə MMC-nin çoxfprofilli olduğu üzə çıxır. Məsələn, Salyan şəhər icra nümayənliyinə işıqlandırma ilə bağlı materiallar satan şirkət ötən il Salyanda kənd yollarının təmir ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti ilə 150 min manatlıq müqavilə imzalayıb.
Yaxud da şirkətin ötən il Salyan Suvarma Sistemləri İdarəsi ilə bağladığı 30 min manatlıq müqavilədən aydın olur ki, şirkət həm də buldozer təmir edir.
Beləliklə, "A+H Təmir Tikinti” MMC inşaat şirkəti olsa da, elektrik materialları, maşın mexanizmləri, nəqliyyat vasitələri üçün ehtiyat hissələri və tikinti materialları da satır.
MMC-nin "çoxprofilli” olması müəyyən şübhələrə yol açır. Ekspertlər bildirir ki, adətən bu tip şirkətlər tender oyunlarında iştirak üçün yaradılır./reportyor

RƏYLƏR