“Siemens” Rusiyadakı bütün aktivlərini SATDI

OXUNUB: 279 Özəl DÜNYA
Almaniyanın Siemens sənaye şirkəti Rusiyadakı bütün maliyyə və lizinq aktivlərini sataraq ölkədən tamamilə çıxıb.

7NEWS.az xəbər verir ki, May ayında Ukraynadakı xüsusi hərbi əməliyyata görə Rusiya bazarından çəkilmək qərarına gəldiyini açıqlayan "Siemens”, bütün maliyyə və lizinq aktivlərini satdığını açıqlamışdı. Aktivlərin satışının 2022-ci ilin üçüncü rübünün sonunda tamamlandığını qeyd edən şirkət, Rusiyadakı fəaliyyətinin dayandırılmasından yaranan zərərin 647 milyon avro olduğunu bildirib.

7NEWS.az

RƏYLƏR