Şimali Koreya daha 3 raket atıb

OXUNUB: 258 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, son günlər ardıcıl raket sınaqları ilə beynəlxalq ictimaiyyətin narahatlığını artıran Şimali Koreya raket sınaqlarını davam etdirir. Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada Pxenyanın Yapon dənizi istiqamətində 3 yeni raket atdığı bildirilib. Yerli vaxtla 21:34, 21:39 və 21:42-də havaya qalxan raketlərin Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşdüyü, hava gəmilərinə və dənizdə üzən gəmilərə heç bir ziyanın aşkar edilmədiyi açıqlanıb. İnkişafdan sonra Yaponiya hökuməti son məlumatları toplamaq və təhlil etmək üçün baş nazirin ofisində böhran masası qurub.

7NEWS.az

RƏYLƏR