Şimali Koreyadan Cənubi Koreyanın dəniz sərhədinə qədər 80 top atışı edilib

OXUNUB: 328 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Şimali Koreya ilə ABŞ-Cənubi Koreya-Yaponiya ittifaqı arasındakı gərginlik bölgədə təhlükəsizlik narahatlığını artırsa da, Pxenyandan daha bir təhlükəli addım atıldı. Cənubi Koreya ordusundan verilən açıqlamada Şimali Koreyanın dünən gecə yerli vaxtla saat 23:28-də iki ölkə arasındakı dəniz sərhədinin şimalındakı sulara 80-ə yaxın top mərmisi atdığı bildirilib. Atışmaların Şimali Koreyanın Kanqvon əyalətinin Kumqanq bölgəsindən aparıldığı, artilleriya mərmilərinin isə dəniz sərhədi yaxınlığında yerləşdiyi müəyyən edilib. 

7NEWS.az

RƏYLƏR