Keçmiş baş nazir Robert Fikonun Sosial Demokrat Partiyası parlament seçkilərində birinci olub. Fikonun partiyası SMER parlamentdə 42 mandata çatdı. 7NEWZ.az xəbər verir ki, Slovakiyada dünən keçirilən parlament seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, keçmiş baş nazir Robert Fikonun Sosial Demokrat Partiyası (SMER) 22,94 faiz səslə birinci olub. Slovakiyanın dövlət televiziyası RTVS bildirib ki, qeyri-rəsmi seçki nəticələrinə görə, səslərin 99,9 faizi hesablanıb və SMER 22,94 faiz səslə yarışın qalibi olub.
7NEWS.az