Türkiyənin Iğdır bölgəsindən Gürcüstana gedən mikroavtobus Ardahan şəhərində uçuruma aşıb.
İcmal.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində biri sürücü olmaqla 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
Avtobusda qalanlar isə səhiyyə işçiləri və polisin köməyi ilə çıxarılıb. Yaralılar Ardahan dövlət xəstəxanasına çatdırılıb.
Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu deyilir.
İcmal.Az