SON DƏQİQƏ! Azərbaycanda yataqxanada partlayış olub: 25 yaralı - YENİLƏNİB+FOTOLAR

OXUNUB: 954 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL
Sumqayıtda yataqxanada partlayış, ardınca yanğın olub.

Sumqayıt Təcili Yardım Xəstəxanasından verilən məlumata görə, 25 nəfər xəstəxanaya yerləşdirilib.

Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

***

Sumqayıt Dövlət Universitetinin məcburi köçkünlərin məskunlaşdığı yataqxanasında baş verən yanğın artıq söndürülüb. Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hadisə yerinə dərhal cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə briqadası sakinləri binadan təxliyə ediblər.

Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. 

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb. 8 ailə yerli sakinlərdir.

Hazırda yanğının söndürüldüyü bildirilir.

***

Sumqayıtda yataqxanada partlayış olub.

İCMAL.az xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.




RƏYLƏR