SON DƏQİQƏ! Azərbaycanlı məşhura HƏBS ŞOKU

OXUNUB: 2152 GÜNDƏM HADİSƏ
Tanınmış təşkilatçı, "Səs music organization"nun rəhbəri Nahid Emiloğlu (Şükürov) tutulub.

İCMAL.AZ-ın criminal.az-a istinadən məlumatına görə, N.Eminoğlu Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

N.Emiloğlu türk müğənni Rafet El Romanın və Damlanın iyun ayında keçiriləcək konsertləri üçün saxta bilet satışı etməkdə günahlandırılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, N.Emiloğlunun saxlanılması barədə məlumatsızdırlar.

Xatırladaq ki, bir müddət əvvəl də N.Emiloğlu bir neçə nəfərdən külli miqdarada pul alaraq qaytarmayıb. Həmin şəxslər pulu geri istədiyindən o qaçaraq gizlənib.

N.Emiloğlunun ölkədən çıxışına da bir müddət əvvəl ''Stop'' qoyulub. 

SON DƏQİQƏ! Azərbaycanlı məşhura HƏBS ŞOKU

RƏYLƏR