SON DƏQİQƏ! Bir qrup silahlı parlamenti ələ keçirdi, silah səsləri gəlir - YENİLƏNİB

OXUNUB: 1941 Özəl DÜNYA

 

İran Parlamentinə silahlı hücum nəticəsində bir nəfər aldğı güllə yarasından həyatını itirib.


İran KİV-lərinin yaydığı məlumata görə, Parlamentə daxil olan 3 silahlı zərərsizləşdirilib.

Tehran millət vəkili İlyas Həzrət bildirib ki, iki nəfər kalaşnikov, biri isə tapança ilə hücum edib.

Bundan başqa, İmam Xomeyninin Tehranda yerləşən məzarı yanında silahlı insident yaşanıb. Buradakı atışmada bir nəfrə yaralanıb.

 

***

 

3 nəfər silahlının İran Parlamentinə hücumu nəticəsində 2 nəfər mühafizəçi yaralanıb.


İCMAL.azxəbər verir ki, bu barədə İranın `Tasnim` xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, parlamentdə daha bir neçə nəfər girov götürülüb.

Məlumata görə, hazırda atışma davam edir.

 

***

 

İranda parlamentin binasına girməyə çalışan silahlı şəxs həbs edilib.

Bir az öncə İran parlamentində silah səsləri eşidildiyi barədə xəbər yayıldı.

Parlament binasına girməyə cəhd edən silahlı şəxs həbs edilib. O, polisdən qaçmağa çalışan zaman həbs olunub.

Sözügedən şəxsin kimliyi barədə hələlik açıqlama verilmir.

Polis tərəfindən həbs edilən silahlı şəxs parlamentə girməyə çalışarkən mühafizə əməkdaşına və iki mülki şəxsə atəş açıb. Mühafizə əməkdaşı ayağından yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.

***

"Fars" və "Mehr" agentlikləri bu barədə xəbər yayıblar. İranın "Tasnim" xəbər agentliyinin məlumatına əsasən, silahlı toqquşma davam edir və parlamentdə bəzi insanlar girov götürülüb.

Parlamentdə silah səsləri davam edir. Mühafizə xidmətinin bir əməkdaşı yaralanıb. 3 silahlı şəxs iki nəfəri yaralayıb. "Fars" agentliyinin xəbərinə əsasən, hücumçu hadisə yerindən qaçıb.

 

RƏYLƏR