ABŞ-dakı türk restoranı yanır.
İcmal.Az Haberler-ə istinadla xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatındakı "Beyoğlu" adlı türk restoranında yanğın baş verib.
Yaxınlıqdakı rəqs zalına da sıçrayan yanğının əhatəsi genişlənib.
Yanğın nəticəsində 5 nəfər xəsarət alıb.
Hadisə anının görüntüləri yayılıb. Kadrlarda uşaqların eyvandan özlərini atması əks olunub.
İcmal.Az