SpaceX daha 54 Starlink peykini orbitə göndərib

OXUNUB: 395 Texnologiya Özəl DÜNYA
SpaceX Falcon 9 raketi ilə daha 54 Starlink peykini kosmosa çıxarıb. Orbitə buraxılan Starlink peyklərinin sayı 3500-ü ötüb.

7NEWS.az xəbər verir ki, ABŞ-ın kosmik nəqliyyat şirkəti SpaceX Falcon 9 raketi ilə daha 54 Starlink peykini uğurla orbitə göndərib. ABŞ-ın Florida ştatındakı Kennedi Kosmos Mərkəzindəki Launch Kompleksindən buraxılan Starlink peykləri orbitə problemsiz çatarkən, SpaceX bu il indiyə qədər 46-cı Starlink missiyasını tamamladı. Son buraxılışla orbitdəki Starlink peyklərinin sayı 3500-ü keçib. Falcon 9 raketi orbitə buraxıldıqdan sonra uğurla Yerə qayıdıb və Atlantik Okeanında Avtonom Kosmik Pilotsuz Dron Gəmisinə enib.


RƏYLƏR