"SpaceX" ikinci nəsil Starlink peyklərini kosmosa göndərib

OXUNUB: 272 Özəl DÜNYA
ABŞ-ın kosmik nəqliyyat şirkəti "SpaceX" Falcon 9 raketi ilə 21 ikinci nəsil Starlink peyklərini kosmosa çıxarıb.

7NEWS.az xəbər verir ki, ABŞ-ın kosmik nəqliyyat şirkəti "SpaceX" ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri bazasından Falcon 9 raketi ilə 21 ikinci nəsil Starlink peyklərini kosmosa çıxarıb.

Yerli vaxtla səhər saat 10.31-də havaya qalxan Falcon 9 raketi peykləri orbitə çıxardıqdan təxminən 9 dəqiqə sonra uğurla Yerə qayıdıb.

"SpaceX"in son Starlink missiyası bu il 25-ci buraxılışı olaraq qeydə alınıb.

7NEWS.az

RƏYLƏR