Starlink: “Ukrayna istifadəçiləri üçün internet tarifi ayda 75 dollara yüksəldi”

OXUNUB: 149 Özəl DÜNYA
Amerikalı sahibkar İlon Maskın şirkəti SpaceX-in törəmə şirkəti olan Starlink, Ukraynaya peyk əsaslı internet tarifini ayda 60 dollardan 75 dollara qaldırdığını açıqladı.

7NEWS.az xəbər verir ki, Starlink-in verdiyi açıqlamada şirkətin ukraynalı istifadəçilərə göndərdiyi məktubda peyk rabitəsi tarifini artırma qərarını açıqladığı və yeni tarifin 29 dekabr 2022-ci il tarixindən etibarən tətbiq ediləcəyi bildirilib.

Daha əvvəl "Foreign Policy"nin yazarı Rishi Iyengar bəyan etmişdi ki, Kiyevin Starlink-in peyk əsaslı internet xidmətinə həddən artıq etibar etməsi Ukraynanın təhlükəsizliyini təhdid edə bilər. Peyk internet şəbəkəsinin fəaliyyətinin maliyyələşdirmədən asılı olduğunu vurğulayan müəllif ödənişin Ukrayna deyil, ABŞ, İngiltərə və Polşa tərəfindən həyata keçirildiyinə diqqət çəkib.

7NEWS.az

RƏYLƏR