Sudan və Səudiyyə Ərəbistanı Qırmızı dənizdə hərbi təlimlərə başlayıb

OXUNUB: 299 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Sudan Ordusundan verilən açıqlamada, Sudan və Səudiyyə Ərəbistanı orduları arasında əməkdaşlığın gücləndirilməsi çərçivəsində keçiriləcək təlimin dəniz qüvvələrinin əməliyyat planlaması və idarə edilməsində təcrübə mübadiləsi məqsədi daşıdığı bildirilib. İki ölkənin iştirakı ilə 2013-cü ildən vaxtaşırı keçirilən təlim sonuncu dəfə 2021-ci ilin martında Səudiyyə Ərəbistanının qərbində yerləşən Ciddə şəhərindəki Kral Feysəl hərbi dəniz bazasında keçirilib. Təlim noyabrın 30-dək davam edəcək.

7NEWS.az

RƏYLƏR