Sultan Dadaşov motosiklet sürücüsünü döydü, söydü, sonra avtomobili ilə vurdu - DƏHŞƏTLİ VİDEO

OXUNUB: 362 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, Sultan Dadaşovun sosial şəbəkələrdə utancverici videosu yayılıb. Belə ki, 90 VX 707 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən S.Dadaşov motosiklet sürücüsünü təhqir edir. Sonra o, avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçərək zərbə yetirir. Bu azmış kimi, "Əmək" ordenli "ziyalı" sükan arxasından düşür və motosiklət sürücüsünü bir neçə dəfə yumruqlayaraq təhqir edici sözlər işlədir. 
Qısa zamanda sosial mediada yayılan videodakı şəxsin Sultan Dadaşov olduğu müəyyən edilib. 
Qeyd edək ki, Sultan Dadaşov 2019-ci idə 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilmişdi.
 

RƏYLƏR