Şuşa DYP-nin rəisi qəzaya düşdü: Ölən və yaralananlar var

OXUNUB: 766 Özəl GÜNDƏM HADİSƏ
Füzulidə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan İlqar Hümbətov Şuşa Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisidir. 

Mayor rütbəli İ.Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Füzuli rayonunda yol polisi avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi "Mercedes-Benz” və İ.Hümbətovun idarə etdiyi "Mercedes-Benz” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.


RƏYLƏR