Taliban ilk xarici investisiya sazişini imzalayıb

OXUNUB: 164 Özəl DÜNYA
Taliban ilk xarici investisiya müqaviləsini Sincanda yerləşən Çin şirkəti ilə imzalayıb. 

7NEWS.az xəbər verir ki, Taliban administrasiyası ölkənin şimalındakı Amudərya hövzəsindən neft hasil etmək üçün hökumətin ilk böyük xarici investisiya sazişini imzalayıb. Müqavilə Çində yerləşən Sincan Mərkəzi Asiya Neft və Qaz Korporasiyası (CAPEIC) ilə imzalanıb. 

Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid bildirib ki, sazişin bir hissəsi kimi Çin neft şirkəti Əfqanıstana ildə 150 milyon dollar sərmayə qoyacaq. 

7NEWS.az

RƏYLƏR