Tanınmış idmançının rütbəsi artırıldı

OXUNUB: 193
Poverliftinq,Strongmen və Güc idman növləri üzrə Beynəlxalq Dərəcəli idmançı,
5 qat Dünya, 3 qat Avropa çempionu,bir çox beynəlxalq yarışların qalibi,
Azərbaycan Respublikasının idman ustası,
Professional Divizyonda Dünya Rekordu qırıb çempion olan ilk Azərbaycanlı.
Azərbaycan Strongmen Federasiyasının Streetlifting İdman Bölməsinin Rəhbəri,
300 kq, yəni öz şəxsi çəkisindən 4 dəfə çox ağırlıq qaldıraraq rekord qıran İLK azərbaycanlı idmançı Rövşən Xəlilov öz şəxsi instagram səhifəsində sevincini paylaşıb :

"Gözləmədiyim anda gözəl bir xəbər.
Bəli, illərimin – əziyyətimin nəticəsi.
Dövlətini,Bayrağını sevən insan üçün,Vətəninə xidmət edən hərbçi üçün ən yaddaqalan anlardan biri də işində uğur qazanması və Rütbəsində olan yüksəlişdir.
Bu gün mənim üçün yaddaşımda qalacaq ən önəmli gündür.
Çünki FHN-nin Xüsusi Riskli xilasetmə Xidmətinin Rəisi Cənab General – Mayor Etibar İsmayılov FHN-ninin müvafiq əmrini Rəhbər tutaraq mənə növbəti Baş Leytenant rütbəsi üçün əmr verdi.
Onu da qeyd edim ki, 2020-ci ilde FHN Naziri Cənab General Polkovnik Kəmaləddin Həydərovun əmri ilə mənə Leytenant Hərbi Rütbəsi təqdim olunub.
Bu gün isə Baş Leytenant Rütbəsi ilə mükafatlandırıldım.
Mənim üçün dəyərləndirilmək – böyük qururdur.
Başda Cənab Nazirimiz olmaqla,XRXX-nin Rəisi Etibar İsmayılova,Rəis müavinlərinə,Komandir və komandir heyətinə təşəkkür edirəm.
Hər kəsə minnətdarlığımı bildirirəm.
Men fəxr edirem ki, Azərbaycan Respublikasina xidmət edirəm.
Hörmətlə Baş Leytenant Xəlilov.”
İdmançımızı təbrik edirik.



RƏYLƏR