Tanzaniyada təyyarə qəzası nəticəsində ölənlərin sayı 19-a çatıb

OXUNUB: 302 Özəl DÜNYA
Tanzaniyada sərnişin təyyarəsi pis hava şəraiti səbəbindən Viktoriya gölünə düşüb. Qəza nəticəsində 19 nəfər həlak olub.

7NEWS.az xəbər verir ki, Tanzaniyaya eniş zamanı əlverişsiz hava şəraiti səbəbindən Viktoriya gölünə düşən sərnişin təyyarəsi nəticəsində həyatını itirənlərin sayı 19-a yüksəlib. Tanzaniya polisinin Kagera bölgəsinin direktoru Uilyam Mvampaqhale mətbuata açıqlamasında sərnişin təyyarəsinin pis hava şəraiti səbəbindən Viktoriya gölünə düşdüyünü bildirib. Yaralıların müalicə üçün Kagera Xəstəxanasına aparıldığını bildirən Mwampaghale, xilasetmə işlərinin davam etdiyini qeyd edib. Mwampaghale, Darüs-Salamdan Bukoba hava limanına uçan təyyarədə 39 sərnişin və 4 nəfərlik ekipajın olduğunu bildirib.

7NEWS.az

RƏYLƏR