Taylandda gecə klubunda yanğın: 13 ÖLÜ, 35 YARALI VAR

OXUNUB: 402 Özəl DÜNYA
Tailandda gecə klubunda yanğın baş verib. Yanğın zamanı azı 13 nəfərin öldüyü bildirilir.

7NEWS.az xəbər verir ki, ölkənin şərqindəki Çonburi bölgəsində gecə klubunda baş verən yanğının səbəbi hələ müəyyən edilməyib. Yerli polisin verdiyi məlumata görə, hadisə nəticəsində azı 13 nəfər ölüb, 35 nəfər yaralanıb. Ölən və yaralananların Tailand vətəndaşları olduğunu bildirən səlahiyyətlilər, yaralılardan 14-nün vəziyyətinin ağır olduğunu bildirib.

7NEWS.az

RƏYLƏR