Taylandda polis bölməsinə hücum: 1 ÖLÜ, 29 YARALI

OXUNUB: 140 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Tailandın cənubundakı Narathiwat əyalətində polis lojasına bombalı hücum həyata keçirilib. Mueang Narathiwat Polis Bölməsinin yaşayış binalarının qarşısındakı açıq dayanacaqda saxlanılan avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində 1 polis əməkdaşı həlak olub, ağır yaralananlar da daxil olmaqla 29 nəfər xəstəxanaya yerləşdirilib. Terror aktı olduğu ehtimal edilən partlayışdan sonra hadisə yerinə gələn yanğınsöndürmə briqadası təxminən yarım saat ərzində yanğını nəzarətə götürüb. Hücumdan sonra ikinci partlayış baş verəcəyi təqdirdə, polis iqamətgahının ətrafı mülki nəqliyyat üçün bağlanıb.

7NEWS.az

RƏYLƏR