Tayvanda yerli seçkilərin nəticələri açıqlanıb

OXUNUB: 248 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, təxminən 27 milyon əhalisi olan Tayvanda insanlar 13 bölgə və 9 şəhərdə bələdiyyə başçılarını, şəhər məclis üzvlərini və aşağı səviyyəli yerli liderləri seçmək üçün sandıq başına gedib. Yerli vaxtla saat 08:00-da başlayan səsvermə prosesi saat 16:00-da başa çatıb. Seçkilərin ilk nəticələrinə görə, paytaxt Taybey də daxil olmaqla, bir çox regionlarda əsas müxalifət partiyası Koumintag (KMT) qalib gəlib. Demokratik İnkişaf Partiyasından (DPP) Çen Çi-Mai ölkənin ikinci böyük şəhəri olan Kaoshiungda keçirilən seçkilərdə qalib gəlib. KMT-dən Vanq Çjonminq Tayvan adalarından biri olan Mazu bölgəsinin meri seçilib, müstəqil partiyadan Çen Fu-hai isə Kinmen adasının meri seçilib. Nəhayət, DPP-dən Çen Quanq-Fu Penqhu adasındakı yarışda qalib gəldi.

7NEWS.az

RƏYLƏR