Tayvanlı iş adamı 3 milyon döyüşçü yetişdirəcək: ÇİNƏ QARŞI

OXUNUB: 274 Özəl DÜNYA
Böyük bir mikroçip istehsalçısının qurucusu tayvanlı iş adamı Robert Tsao, ada ölkəsini mümkün Çin işğalından qorumaq səylərinə kömək edəcəyini və Tayvanlıların mülki şəxslərin hərbi təliminə 1 milyard Tayvan dolları (33 milyon ABŞ dolları) bağışlayacağını söylədi. 

7NEWS.az xəbər verir ki, Tayvanın ən uğurlu iş adamlarından biri və mikroçip istehsalçısı United "Microelectronics Corp”un (UMC) qurucusu olan 75 yaşlı Robert Tsao Çinin işğalına qarşı 3 milyon mülki döyüşçü yetişdirmək üçün Tayvana 1 milyard Tayvan dolları (33 milyon ABŞ dolları) bağışladığını açıqladı.

7NEWS.az

RƏYLƏR