TƏCİLİ: “Sevimli Dad”ın sahibi Çovdarovla quda imiş - Təfərrüat

OXUNUB: 3552 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl İQTİSADİYYAT
"Sevimli Dad” şirkətinin sahibi Murad Məmmədovla Akif Çovdarov quda imiş

Ulus.Az-ın məlumatına görə, bu haqda mətbuat xəbər yazıb. 

365info.az yazıb ki, "Sevimli Dad” şirkətinin sahibi Təhsil Nazirliyi tərkibində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi Samir Məmmədovun əmisidir. 

Onunla bağlı araşdırma yazısında və S.Məmmədovun qaranlıq işləri haqda yazıda aydın olur ki, "Sevimli Dad” şirkətinin sahibi Murad Məmmədovla Akif Çovdarov quda imiş.

Ölkənin məşhur kolbasa-sosiska firmasının rəhbəri ilə MTN-nin həbsdə olan generalının qohumluğu bir çox sirlərin üstünü açıb. Çovdarov vəzifədə olduğu dövrdə də şirkətə himayəçilik edib.

Murad Məmmədov 22 fevral 1951-ci ildə Füzuli rayonu Qoçəhmədli kəndində dünyaya gəlibr. 1993-cü ilə yaxın dostu Hacı Turqayla birlikdə "M&T" MMC adlı müəssisə yaratmış və bu günədək həmin müəssisədə direktor vəzifəsində işləyir.

Ulus.Az-ın məlumatına görə, Çovdarovla Məmmədovun qohumluğu bu günə kimi gizli saxlanıb. MTN general onu qanadının altına alaraq qoruyub. 

Ona görə də şirkətin adı nə MTN işində keçir, nə də M.Məmmədova Eldar Mahmudov bandasının üzvləri ilişiblər. Əksər sahibkarlar, kolbasa şirkətlərinin sahibləri Mahmudov çetesinin qurbanı olub. Ancaq "Sevimli dad” yaxasını qurtarıb. 

Onu da deyək ki, "Sevimli dad”ın adı həmişə gah kolbasadan milçək çıxması, gah uşaqlara aid sosiskaya qeyri-etik loqo şəkli qoyması, gah mənşəyi bilinməyən ətdən istifadə etməsi ilə gündəmə gəlib. 

"MT Ltd.” firmasının "Hacı Turqay” nişanlı məhsullarının tərkibi da tam göstərilmir. Bu isə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir. 

Mütəxəssislərin dediyinə görə, Azərbaycanda natrium nitrit olmadan heç bir kolbasa və sosiska məmulatı istehsal olunmur. 

Digər müsəlman ölkələrində (məsələn, Türkiyə, İran) isə bu maddədən istifadə olunmadan kolbasa və sosiska istehsal edilir. 

Yəni bizim "halal” məhsul istehsal etmək fikrində olan şirkətlərimiz ən azı qonşu ölkələrin təcrübəsindən yararlana bilər. "M&T Ltd.” firmasına məxsus olan kolbasa.az saytı fəaliyyətini bir müddətdir ki, dayandırıb. 

Bununla da şirkətin istehsal etdiyi məhsulların tərkibi haqda məlumatı etiketdən almaq mümkün olmadığı kimi əti haradan və hansı şirkətlərdən alması da məlum deyil. 

Mediada yayılan məlumata görə, heyvan cəsədləri paytaxtın bəzi şadlıq sarayları ilə bərabər, heç də xırda sayılmayan bir neçə kolbasa sexlərinində xammalına çevrilir. 

Bu sırada isə "Səhliyalı” və "Hacı Turqay” kimi tanınmış firmaların da adları hallanır. Maraqlısı budur ki, Qafqaz Müsəlmanlar İdarəsi də sözügedən şirkətin "Hacı Turqay” məhsullarına hallalıq sertifikatı verməyib. 

RƏYLƏR