Tesla 400 mindən çox avtomobili geri çağırıb

OXUNUB: 207 Özəl DÜNYA
 

7NEWS.az xəbər verir ki, Çin Dövlət Bazarı Tənzimləmə İdarəsi tərəfindən edilən açıqlamada, proqram təminatındakı səhvin avtomobillər ilk işə salındıqda arxa işıqların sönməsinə səbəb olduğu və bunun qaranlıq şəraitdə toqquşma riski yarada biləcəyi ifadə edildi. Açıqlamada, şirkətin 27 dekabr 2020-ci il və 7 noyabr 2022-ci il tarixləri arasında istehsal edilən 142 min 277 Model 3 və 1 yanvar tarixləri arasında istehsal edilən 292 min 855 Model Y-də səhvi aradan qaldırmaq üçün nəqliyyat vasitələrini geri çağıracağı və proqram təminatını yeniləyəcəyi qeyd edildi. 

7NEWS.az

RƏYLƏR