“Titanik Tofiq”in şirkəti borca görə məhkəməyə verildi

OXUNUB: 1132 GÜNDƏM Özəl İQTİSADİYYAT

Vergilər Nazirliyi "Messenat Holdinq-Şirkətlər Qrupu”ndan Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. 

"Yeni Sabah”ın məlumatına görə, borc müqaviləsi üzrə mübahisələrlə bağlı məhkəmə prosesinə hakim Cahangir Yusifov sədrlik edəcək. 

Qeyd edək ki, "Messenat Holdinq-Şirkətlər Qrupu” 2006-cı ildə yaranıb və sahibi "Titanik Tofiq” kimi tanınan iş adamı Tofiq İsayevdir. MMC-nin tərkibinə aşağıda adları çəkilən 19 müəssisə daxildir: "Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC, "Bəhrəmtəpə-Çınqıl” ASC, "İmişli Dəmir Beton” ASC, "Muğan Su Elektrik Stansiyası” ASC, "Qaradağ” ASC"Arbitr-H.T.İ Konsaltinq” MMC, "Titanik” MMC, "Mühafizəçi” MMC, "Marka LTD” MMC, "Viləş-A.A” MMC, "Viləş-M.A” MMC, "Kommunal” MMC, "Aristokrat-İnşaat” MMC, "Həbibli-LTD” MMC, "GART” MMC, "RNT” MMC, "STR” MMC, "Hüquq” MTK, "Konserv Məhsulları İstehsalı” firmaları daxildir.

7News.Az

RƏYLƏR