İranın "Traktor” klubunda növbəti istefa gerçəkləşib.
İCMAL.az-ın məlumatına görə, Təbriz təmsilçisinin prezidenti Qulamreza Sadegiyan postundan ayrılıb.
O, istefasını kənar müdaxilələrin olması ilə əlaqələndirib.
Qeyd edək ki, ondan 3 gün öncə komandanın türkiyəli baş məşqçisi Mustafa Dənizli də istefa verərək, vətəninə dönüb.