Tramp prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb

OXUNUB: 155 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, 76 yaşlı Tramp Floridadakı möhtəşəm Mar-a-Laqo iqamətgahında Amerika bayraqlı ziyafət salonuna toplaşan yüzlərlə tərəfdarına "Amerikanın geri dönüşü indi başlayır" dedi. Tramp üçüncü müddətə namizəd olmaq üçün rəsmi sənədlərini təhvil verdikdən bir neçə dəqiqə sonra "Amerikanı yenidən böyük və şanlı etmək üçün mən bu axşam ABŞ prezidentliyinə namizədliyimi elan edirəm” deyib. Trampın yarışa qeyri-adi şəkildə tez qoşulması Vaşinqtonda partiyanın namizədi olmağa can atan digər respublikaçılardan önə keçmək və üzləşdiyi təhqiqatlar zamanı mümkün məhkumluqlardan yayınmaq cəhdi kimi qiymətləndirilir.

7NEWS.az

RƏYLƏR