Trampın daşınmaz əmlak şirkəti vergidən yayınmaqda günahkar bilinib

OXUNUB: 216 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Trump Təşkilatı Nyu Yorkdakı məhkəmədə münsiflər heyətinin iki günlük müzakirəsindən sonra mühakimə olunduğu bütün cinayətlərdə günahkar bilindi. Şirkətin adı ailə soyadını daşısa da, nə Donald Tramp, nə də onun ailə üzvləri bu işdə fərdi qaydada mühakimə olunmayıb. İddia birbaşa şirkətə qarşı qaldırılıb. Donald Tramp nəticəni Ali Məhkəməyə verəcəyini bildirib. İddia nəticəsində şirkətin 1,6 milyon dollar cərimə ödəyəcəyi və gələcəkdə kredit almaq və ya investisiyaları maliyyələşdirməkdə çətinlik çəkəcəyi gözlənilir.

7NEWS.az

RƏYLƏR