Türkiyənin T-129 ATAK (Attack and Tactical Reconnaissance Helicopters) zərbəçi helikopterindən ilk dəfə olaraq Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı” əməliyyatında istifaə olunub; onunla terrorçu mövqelərinə zərbələr endirilib.
T-129 ATAK helikopterindən kürd mövqelərinin atəşə tutulması görüntüsü terrorçuların fəaliyyətinin monitorinqini aparan "Directorate 4”-ün "Telegram” kanalında yayılıb.
Bəzi məlumatlara görə, helikopterdə olan heyət quru qoşunlarının göndərdiyi koordinatlar əsasında hədəflərə dəqiq zərbələr endirib. Əməliyyatda Türkiyədə istehsal olunmuş Cirit raketlərindən də istifadə olunub.
Qeyd edək ki, T-129 helikopteri (A-129 "Manqust” helikopterinin modernizasiya olunmuş variantı) Türkiyənin TUSAŞ – aviasiya və kosmik sənaye şirkəti tərəfindən istehsal olunur.
T-129 Türkiyəin "Aselsan” şirkətinin bort cihazları: rabitə sistemləri, bort kompüteri, naviqasiya qurğuları və sensorları, Asel FLIR-300T termo-vizion nişanlama və müşahidə sistemləri, Mildar radarı ilə təchiz olunub. Helikopterdə Türkiyənin "Roketsan” şirkətinin hazırladığı "Umtas” raketlərinin quraşdırılması nəzərdə tutulur.
Uçan hərbi maşının layihələndirilməsi zamanı ABŞ-ın "helikopterin döyüş şəraitində "sağ qalma” bacarıqlarını maksimum təmin etmək” təcrübəsindən istifadə olunub. İdaretmə sistemlərində çoxsaylı müasir elementlərdən istifadə hesabına aqreqatların atəşə və zərbələrə davamlılığı ən yüksək səviyyəyə çatdırılıb. Ekipaj üzvlərinin qorunması üçün helikopter kabinası xüsusi materiallarla zirehlənib.
Texniki göstəriciləri
Ekipaj üzvləri: 2 (pilot və silah operatoru)
Uzunluğu: 14.29 m
Normal uçuş çəkisi: 3950 kq
Maksimum uçuş çəkisi: 4600 kq
Daxili yanacaq tutumu: 750 kq
Qüvvət qurğusu: 2 x turbovallı Rolls-Royce Gem 2-1004D
Mühərrikin gücü: 2 x 881 a.g. (2 x 675 kVt (uçuş))
Uçuş xarakteristikası
Maksimum sürət: 250 km/s
Praktiki uçuş məsafəsi: 561 km
Uçuş müddəti: 3 saat 5 dəqiqə
Praktiki son hədd yüksəklik: 4725 metr
Silahlanma
Atıcı-top:
3 × 20-mm Lockheed Martin/Oto Breda TM 197B və ya
1 × 20-mm пушка Giat M621 (20×102 mm ) topları
Asma nöqtələri: 4
Döyüş yüklənməsi: 1200 kq
İdarəolunan raketlər:
"Hava-yer” raketləri: 8 x qədər - TOW və ya HOT və ya AGN-114
"Hava-hava” raketləri: 8 x qədər Stinger və ya Mistral və ya AIM-9L
İdarəolunmayan raketlər: hər birində 7 və ya 19 ədəd olmaqla, 71 mm və ya 80 mm raketlərdən ibarən 4 blok
Əlavə silahlanma:
2 x 7, 62 mm və ya 12.77 mm pulemyotlar və ya 20mm əlavə quraşdırılan artilleriya qurğuları
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində kürd yaraqlılara qarşı "Zeytun budağı” adlı əməliyyat aparır. Türkiyə SQ Baş Qərargahı yanvarın 28-nə kimi Afrində zərərsizləşdirilən PKK/KCK/PYD-YPG və İŞİD terrorçularının sayının 557 nəfərə çatdığını açıqlayıb./oxu
İcmal.Az