Türkiyənin Qalatasaray klubunun ulduz oyunçusu klubdan ayrıla bilər

OXUNUB: 132 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Türkiyənin Qalatasaray klubunun argentinalı hücumçusu Mauro İcardi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 29 yaşlı forvardın müqavilə ilə məxsus olduğu PSJ klubu onu "Milan"a satmağı planlaşdırır. Belə ki, Liqa 1 təmsilçisi "Milan"dan Rafael Leaonu almaq üçün qarşı tərəfə İkardi və pul təklif edir. Bu xəbər "Qalatasaray" azarkeşlərini məyus edib. Fanatlar "cim-bom"un əsas futbolçularından olan İkardinin klubdan getməsini istəmirlər.
Qeyd edək ki, argentinalı oyunçu 2022-ci ildən icarə əsasında İstanbul təmsilçisində çıxış edir.

7NEWS.az

RƏYLƏR