“Twitter” idarə heyətini ləğv edən Musk özünü CEO etdi

OXUNUB: 485 Texnologiya Özəl DÜNYA
"Tesla” və "SpaceX”in baş direktoru Elon Musk satın aldığı Twitter-in idarə heyətini ləğv etdi və özünü "yeganə menecer” etdi.

7NEWS.az xəbər verir ki, "Twitter” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) şirkətin yeganə direktorunun Musk olduğunu bildirdi. Musk "Twitter” hesabında etdiyi paylaşımda şirkətin yeganə meneceri olmağın "müvəqqəti” bir vəziyyət olduğunu qeyd edib. Baş icraçı direktor Paraq Aqraval, Baş Maliyyə Direktoru Ned Seqa və İdarə Heyətinin keçmiş sədri Bret Taylor işdən çıxarılan yüksək səviyyəli rəhbərlər arasında olub.

Musk daha əvvəl bəzi yüksək vəzifəli şəxsləri, o cümlədən Hüquq Siyasəti Direktoru Vijaya Qaddeni işdən çıxarmışdı. Digər tərəfdən Səudiyyə Ərəbistanı Kral Holdinq Şirkətinin (KHC) baş icraçı direktoru Şahzadə Valid bin Talal "Twitter”də Muskdan sonra ikinci ən böyük səhmdardır.

7NEWS.az

RƏYLƏR