“Twitter” Qanadakı Afrika ofisinin işçilərini ixtisar etdi

OXUNUB: 269 Özəl DÜNYA
"Tesla” və "SpaceX”in baş direktoru İlon Maskın satın aldığı sosial media şirkəti "Twitter”, Qanadakı Afrika ofisinin demək olar ki, bütün işçilərini işdən çıxarıb.

7NEWS.az xəbər verir ki, şirkət ötən il Qanada açılan ofisində çalışan 20-yə yaxın adamı işdən çıxarıb və yalnız bir nəfəri geridə qoyub. "Şirkət xərclərin azaldılması zərurəti nəticəsində fəaliyyətini yenidən təşkil edir", - "Twitter”in Kadrlar Xidməti Direktoru Fidelma Kallaqan işçilərə elektron poçtunda bildirib. 
Onların korporativ e-poçt ünvanları bağlandığından onların şəxsi hesablarına xitam verildiyi barədə məktublar göndərilib.

7NEWS.az

RƏYLƏR