7NEWS.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Oleksii Reznikov sosial media hesabında İngiltərə istehsalı olan ilk "Challenger 2” əsas döyüş tanklarını aldıqlarını açıqlayıb. Tankların tezliklə müharibədə iştirak edəcəyini qeyd edən Reznikov britaniyalı həmkarı Ben Uolles, Böyük Britaniyanın baş naziri Rişi Sunak və ingilis xalqına təşəkkür edib.
7NEWS.az