İCMAL.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisinin rəhbəri Hande Harmancı dünən jurnalistlər üçün təşkil olunan onlayn mətbuat konfransında deyib.
O, valideynlərin məxmərək və bu kimi digər yoluxucu xəstəliklərə görə peyvəndlərin edilməsinə xüsusi diqqət etmələrinin vacibliyini vurğulayıb: "Səhiyyənin əsas işi uşaqların sağlam gələcəyidir. Biz onları yoluxucu, öldürücü xəstəliklərdən qorumalıyıq. Buna görə də uşaqlar vaxtında peyvənd edilməlidirlər".