Venesuelada təyyarə qəzası nəticəsində 5 zabit həlak olub

OXUNUB: 247 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Müdafiə naziri Vladimir Padrino Lopez verdiyi açıqlamada ölkənin cənubundakı Puerto Ayakuço şəhərində qəzaya uğrayan C-2088 tipli təyyarədə olan Bolivar Milli Silahlı Qüvvələrinin (FANB) 5 zabitinin həyatını itirdiyini bildirib. Qəza bölgəsində indiyədək 4 əsgərin cəsədinin tapıldığını bildirən Lopez digər itkin əsgərlərin axtarışlarının davam etdiyini bildirib. Prezident Nikolas Maduro, Twitter hesabında həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verərək, "Bolivar hərbi aviasiyamızın 5 cəsur zabitinin itkisinə görə kədərlənirəm. Ailələrin kədərini bölüşürəm və başsağlığı verirəm”. ifadəsini işlətdi.

7NEWS.az

RƏYLƏR