Vətənə xəyanətdə ittiham olunan rusiyalı jurnalistə 24 il həbs cəzası istənilib

OXUNUB: 365 Özəl DÜNYA
Rusiya prokurorları vətənə xəyanətdə ittiham olunan 32 yaşlı rusiyalı jurnalist İvan Safronovun 24 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

7NEWS.az xəbər verir ki, Safronovun vəkili Yevgeni Smirnov çərşənbə axşamı "Facebook”da bildirib ki, prokurorlar Safranova xəyanətdə təqsirli bilinərək 24 il həbs cəzası istəyiblər. Jurnalistə qarşı irəli sürülən ittihamlar onun Rusiyanın məşhur "Vedomosti” və "Kommersant” qəzetlərində işlədiyi vaxta təsadüf edir və o, Rusiya müdafiə sənayesi ilə bağlı reportajlar aparırdı. Jurnalist prokurorların təqsirini etiraf etdiyi halda 12 il həbs cəzası təklifindən imtina edib.

7NEWS.az

RƏYLƏR