Övladları tərəfindən atılan atanı qocalar evi qəbul etmir - VİDEO

OXUNUB: 676 SOSİAL

Azərbaycanda övladları tərəfindən atılan yaşlı kişini qocalar evi də qəbul etmir. 

İcmal.Az xəbər verir ki, bununla bağlı görüntülər "Facebook” sosial şəbəkəsində yayılıb.

"Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. Oradan məni Naxçıvana göndərdilər ki, övladlarımdan sənəd alım. Sənədi gətirdikdən sonra məni Dövlət Sosial Müdafiə Fonduna göndərdilər. Orada dedilər ki, 70 yaşım olmadığı üçün məni qocalar evinə qəbul edə bilməzlər. 70 yaşıma beş ay qalıb”, - o deyib. 

Kişinin sözlərinə görə, o, sözün əsl mənasında küçədə qalıb.

"Gecə bir yerdə qalmışam. Cibimdəki 40 manatı da orada oğurladılar”, - həmin şəxs bildirib.

 
İcmal.Az

RƏYLƏR