Xətaidə mənzildən meyit tapıldı

OXUNUB: 471 SOSİAL

Bakı şəhərinin Xətai rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən İcmal.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1988-ci il təvəllüdlü Bəxtiyarov Bəxtiyar Vaqif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

İcmal.Az

RƏYLƏR